Rabitə Nazirliyindən "haker" bəyanatı

img

18-01-2012 [10:50]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan saytlarına qarşı edilmiş haker müdaxilələrinə dair bəyanat verib. Bəyanatda deyilir: "Yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş verib. Bunun nəticəsində bir neçə dövlət orqanının və ictimai təşkilatın saytlarının işində problemlər yaranıb. Hadisə baş verən ilk andan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aidiyyatı qurumlarla birlikdə vəziyyəti nəzarətə götürüb, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb. Müəyyən olunub ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilib. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə İnternetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilib və işlək vəziyyətdədir. Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş vermiş faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaq. Görülmüş işlər barədə ictimaiyyət əlavə məlumatlandırılacaq".#305; qurumlarla birlikd

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA