Sabahdan hava kəskin soyuyacaq, qar yağacaq

img

17-01-2012 [01:21]


Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturu ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 21-dək havanın soyuq olacağı, yanvarın 18-i axşamdan isə arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA