Bakıda sürücülər nazirlik qarzısında aksiya keçirdilər

img

16-01-2012 [05:25]


Yüzlərlə taksi sürücüsü Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyası keçirir. Səbəb Nazirliyin taksi xidmətini məhdudlaşdıran qərarıdır. AzadlıqRadiosunun müxbirləri bildirir ki, sürücülərlə polis arasında qarşıdurma var. Polis dəyənəklə sürücüləri döyür. 3 taksi sürücüsü polis bölməsinə aparılıb. 10 aksiyaçı səlahiyyətli şəxslərlə danışıqlar üçün Nəqliyyat Nazirliyinə dəvət edilib. Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Reydlərdə lisenziyasız işləyən avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilmədiyi bildirilir. Bundan əvvəl taksi sürücüləri Bakının bir neçə ərazisində də etiraz aksiyası keçirmişdilər. Etiraz edən sürücülərin nümayəndələrini Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov qəbul edib. Sürücülər deyir ki, Namiq Həsənov 2 gün ərzində nazirlə görüşüb məsələni müzakirə edəcəyinə söz verib. Aksiya başa çatıb. ***

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA