Ziya Məmmədov Belarus səfiri ilə görüzüb

img

16-01-2012 [05:03]


Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşüb. Görüşdə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının VII iclasına hazırlıq məsələləri müzakirə edilib. Tərəflər Azərbaycan və Belarusun nəqliyyat qurumlarının əməkdaşlığının dinamikasını və perspektivlərini, birgə investisiya layihələrinin reallaşdırılmasını müzakirə ediblər. Bundan başqa, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Bildirilib ki, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasında ötən ilin yekunları təhlil olunacaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək. Qeyd edək ki, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası bu ilin birinci yarısında Miskdə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA