Meteohəssas insanlar üçün xəbərdarlıq

img

16-01-2012 [01:04]


Bakı və Abşeron yarımadasında yanvarın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu gecə 2-5, gündüz 6-9, axşam 2 dərəcəyədək isti olacaq. Yanvarın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı proqnozlaşdırılır. Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 17-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Yanvarın 18-də bölgələrdə hava arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-100 isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 17-dən 19-dək Abşeron yarımadasında küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA