Azərbaycanda havanın temperaturu yüksələcək

img

13-01-2012 [03:10]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 13-dən 14-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. Hava haqqında qısa icmalda bildirilir ki, yanvarın 14-ü gündüz, 15-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksələcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA