Səbail və Yasamalın bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq

img

13-01-2012 [11:42]


Bakı şəhərinin Parlament prospektində, Şəhidlər Xiyabanının qarşısında yeni piyada keçidinin tikintisi ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri aparılır. ?Azərsu? ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar yanvarın 13-də gün ərzində Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? ASC abonentlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA