Azay Quliyev amerikalı xanım vitse-prezidenlə görüzüb

img

12-01-2012 [06:11]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin MDB ölkələri üzrə vitse-prezidenti xanım Natali Burjali ilə görüşüb. Görüşdə Şura tərəfindən hazırlanmış ?Sosial Sifariş haqqında?, ?Peşə Cəmiyyətləri haqqında?, ?İctimai İştirakçılıq haqqında? qanun layihələri və Korporativ Sosial Məsuliyyət Xartiyasının konseptual mahiyyəti və beynəlxalq təcrübədəki yeri haqqında geniş fikir mübadiləsi aparılıb. Xanım N.Burjali Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin bu sənədlərlə bağlı rəy və təkliflərini Şura sədrinə çatdırıb. A.Quliyev qarşılıqlı əməkdaşlıq çərçivəsində sənədlər üzərində aparılmış təhlilə görə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin rəhbərliyinə təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA