Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

img

12-01-2012 [12:11]


Azərbaycanda magistraturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, magistraturaya elektron ərizələrin qəbulu fevral ayının əvvəllərində aparılacaq. Qəbul imtahanı bu il də iki mərhələdə aparılacaq. Birinci mərhələ fevralın sonunda, ikinci mərhələ isə ali təhsil müəssisələrində buraxılış imtahanları başa çatdırdan sonra - iyun ayında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA