Bu gün Milli Qəhrəman Nizami Məmmədovun doğum günüdür

img

12-01-2012 [11:28]


Bu gün-12 yanvar tarixində Milli Qəhrəman Nizami Məmmədovun doğum günüdür. Nizami Murad oğlu Məmmədov 1958-ci il yanvarın 12-də Xankəndi şəhərində anadan olub. O, polis nəfəri kimi 1988-ci ildən ən çətin bölgələrdə xidmət edib, Xankəndi, Şuşa, Kərkicahan, Qaybalı və digər yerlərdə yerli özünümüdafiə dəstələrinin təşkilində fəal iştirak edib. Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşub, 1992-ci il martın 29-da qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb. Bərdə rayonu Dəymədağlı kəndində dəfn edilib. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA