?Azərikimya" rəhbərliyi Qafqaz Universitetinin tələbələri ilə görüzüb

img

11-01-2012 [05:22]


?Azərikimya" İstehsalat Birliyi İcraçı direktorunun kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xaliq Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində Mühəndislik fakülətsinin professor-müəllim heyəti ilə görüşüb. Qafqaz Universitetindən verilən məlumata görə, görüşdə ?Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti ikitərəfli və ?Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərfli əməkdaşlıq müqavilələrində qeyd olunan maddələrə əsasən həyata keçiriləcək işlər barədə söhbətlər aparılıb. Həmçinin, ?Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteteinin birgə əməkdaşlığı əsasında ?Azərikimya" İstehsalat Birliyinin veb səhifəsinin formalaşdırılması və inkişaf etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu, ?Kimyaçı? tələbə klubunun formalaşdırılması, ?Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərfli əməkdaşlıq müqaviləsi əsasında Qafqaz Universitetində ?Kimya Mühəndisliyi? və ?Sənayenin təşkili və idarə olunması? ixtisasları üzrə təhsil alan bir qrup qabaqcıl tələbənin qış tətili müddətində Petkimə 10 günlük istehsalat təcrübəsinə göndərilməsi müzakirə olunub. Görüşdən sonra qonaqlar Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA