AiDP ziyalıları müdafiə etdi

img

10-01-2012 [03:46]


?Azərbaycan hakimiyətinin ziyalıların fikirlərinə qarşı bu qədər qəzəbli olması, onları təzyiq altında saxlaması zəiflik əlamətidir. Görünür iqtidar ziyalıların xalqın fikrini ifadə etməsində narahatdır?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı bir qrup tanınmış ictimai xadimin toplaşdığı ?Ziyalılar Forumu?nun keçirdiyi tədbirlərin hakimiyyət tərəfindən əngəllənməsinə münasibət bildirərəkən deyib. O bildirib ki, ziyalı fikrini nəzərə almamaq, onu boğmaq düzgün addım deyil: ?Demokratiyanın inkişafından danışan iqtidarın ziyalıların toplanmasına, fikir bildirməsinə bu qədər kəskin reaksiya verməsi ölkəmizdə demokratiyanın əməldə deyil sözdə olmasından xəbər verir. Ziyalılar cəmiyyətin dərdlərini qərəzsiz deyirlər. Bildirilər ki, bu dərdləri həll etmək üçün birləşmək lazımdır. Amma iqtidar ziyalılra qarşı illərdir müxalifətə qarşı tətbiq etdiyi metodlardan yararlanır. Ziyalıları da düşmən kimi təqdim etməyə çalışır. Bu isə ondan xəbər verir ki, iqtidar ziyalı sözündən qorxur, narahat olur?. AİDP sədrinin fikrincə hakimiyət ziyalılara qarşı təzyiqdən əl çəkməli, onların fikirlərinə həssaslıq göstərməlidir. Məncə bu ölkədə islahat aparmanın ən məxməri yolu ola bilər. Əks təqdirdə Azərbaycanda da islahatlar arğılı, qanlı-qadalı kecəçək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA