Prokurorluqda əməliyyat müzavirəsi keçirilib

img

09-01-2012 [10:40]


Yanvarın 9-da "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib. Baş prokuror bildirib ki, digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2011-ci il ərzində cinayətkarlığa qarşı mübarizə daha kəsərli olmaqla yeni müstəviyə qaldırılıb, cinayətkarlığın dinamika və strukturunda müsbət dəyişikliklər baş verib. Hesabat dövründə görülmüş işlər sırasında korrupsiyaya qarşı mübarizə işinin səmərəliliyin artırılması, bu sahədə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində prezident İlham Əliyevin dəstəyi ilə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlərin müstəsna əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, ötən il korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilib. Z. Qaralov bildirib ki, 2011-ci ildə Azərbaycan prezidentinin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası başa çatdırılıb. "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlər barədə baş prokurorun müavini Namiq Əsgərov geniş məlumat verib. Dövlət Proqramı və onun icrası ilə əlaqədar müvafiq Tədbirlər planında "Prokurorluq haqqında" Qanunla müəyyənləşdirilmiş konkret fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müzakirələrdə iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov ətraflı çıxış ediblər. Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi Əzizağa Həsənovun məlumatı əsasında 2012-ci ilin birinci yarımili üçün iş planı təsdiq edilib. Əməliyyat müşavirəsinə baş prokuror Zakir Qaralov yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA