Milli Şura bir qrup gənci ?Eurovision 2012?nin Təzkilat Komitəsinə cəlb edib

img

07-01-2012 [02:20]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ?Eurovision 2012? Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə könüllü olaraq cəlb olunmaq istəyən və ərizə forması ilə müraciət edən şəxslər gənclər arasında seçim turu keçirib. ARGTMŞ-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, seçim turu 2-6 yanvar 2012-ci il tarixlərini əhatə edib. Milli Şuradan bildirilib ki, seçimlər zamanı gənclərlə bağlı xarici dilləri bilmə, etik davranış qaydalarına dair bacarıqlar, tolerantlıq, motivasiya, liderlik qabiliyyəti kimi kriteriyalar əsas götürülüb. Seçim turuna bu gün yekun vurulub. ?Eurovision 2012? Mahnı Müsabiqəsi bu ilin mayında Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA