20 Yanvar faciəsinin 22-ci ildönümü təhsil müəssisələrində qeyd ediləcək

img

06-01-2012 [05:25]


Təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Tədbirlər planına müvafiq olaraq, bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər keçiriləcək. Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə yanvarın 26-dək nazirliyə hesabat təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA