Standartlazdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra məhsulların standartını təsdiq edilib

img

06-01-2012 [04:15]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 16 dövlət standartını təsdiq edib. AZS ???? ? ???/??? 65-2011 ?Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələblər?, AZS ???? ? ???/??? 17021-2011 ?Uyğunluğun qiymətləndirilməsi. Audit və idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını keçirən orqanlara tələblər?, AZS ???? ? ??? 14001-2011 ?Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər? və AZS ??? 18001-2011 ?Əməyin mühafizəsinin idarəetmə sistemləri. Ümumi tələblər? dövlət standartları təsdiq edilib. AZS 607-2011 (???? ? 52464-2005) ?Dadverici-aromatik əlavələr və qida aromatizatorları? standartı qida sənayesi üçün nəzərdə tutulan dadverici-aromatik əlavələr və qida aromatizatorları sahəsində anlayışların termin və təriflərini müəyyən edir. AZS 608-2011 (???? 27438-87) ?Ayaqqabı. Qüsurların termin və tərifləri? standartı məmulatın hazırlanmasının və saxlanılmasının bütün mərhələlərində yaranan və orqanoleptik aşkar olunan ayaqqabı qüsurlarının anlayışlarına aid termin və tərifləri müəyyən edir. AZS 609-2011 (???? ? ?? ??? 20846-2006) ?Neft məhsulları. Ultrabənövşəyi flüoressensiya? standartı oksigenin kütlə payı 2,7%-dən çox olmayan benzinlər də daxil olmaqla, avtomobil benzinlərinə, tərkibində yağ turşusunun metil efiri 5%-dən çox olmayan (həcmə görə) dizel yanacağı da daxil olmaqla dizel yanacaqlarına şamil edilir və kükürdün 3-dən 500 mq/kq diapazona qədər qatılığını ultrabənövşəyi flüoressensiya metodu ilə müəyyən edir. AZS 610-2011 (???? ? ?? 12177-2008) ?Maye neft məhsulları. Benzin. Benzolun miqdarının qaz xromatoqrafiya üsulu ilə təyini? standartı qaynama tempraturunun sonu 220 dərəcə selsidən yüksək olmayan etilsiz benzində 0,05% həcmdən 6% həcmə qədər olan diapazonda benzolun miqdarını təyin etmək üçün kolonkaları çevirməklə qaz xromotoqrafiya metodunu müəyyən edir. AZS 611-2011 (???? ? ?? 237-2008) ?Maye neft məhsulları. Atom-absorbsiya spektrometriya üsulu ilə qurğuşunun kiçik qatılıqlarının təyini? standartı atom-absorbsiya spektrometriya üsulu ilə benzində, qurğuşunun və onun alkil əvəzedicisinin tipindən asılı olmayaraq 2,5-10,0 mq/dm üstü 3 qatılıq intervalında qurğuşunun təyin edilməsini müəyyən edir. AZS 612-2011 (???? ? ?? 1601-2007) ?Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan (O-FİD) istifadə edərək qaz xromotoqrafiya üsulu ilə təyini? standartı tərkibində 0,17% - 15% kütlə diapazonunda fərdi oksigenli üzvi birləşmələrin miqdarını və qaynama sonu 220 dərəcə selsidən çox olmayan etilsiz benzində kütləsi 3,7%-dək olan üzvi əlaqəli oksigenin ümumi miqdarının təyini üçün qaz xromotoqrafiya üsulunu müəyyən edir. AZS 613-2011 (???? ? ?? ??? 12205-2007) ?Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini? standartı intensiv oksidləşmə şəraitində distillat neft yanacaqlarının stabilliyini müəyyən edir. Bu standart tərkibində mazut komponentləri və ya qeyri-neft mənşəli komponentlər olan yanacaqlar üçün tətbiq edilə bilməz. AZS 614-2011 (???? ? 52954-2008) ?Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin təyin edilməsi. JFTOT metodu? standartı qaz turbinləri üçün yanacaqlara tətbiq olunur və yanacaq sistemində parçalanma məhsullarının əmələ gəlmə meyliliyinin təyini metodunu müəyyən edir. AZS 615-2011 (???? ? ??? 12884-2007) ?Atmosfer havası. Politsiklik aromatik karbohidrogenlərin (qaz və bərk hissəciklər halında) ümumi miqdarının təyini. Nümunələrin süzgəc və sorbent üzərinə götürülərək xromoto-kütlə spektroskopiyası üsulu ilə analizi? standartı atmosfer havasında politsiklik aromatik karbohidrogenlərin (PAK) miqdarının təyini zamanı nümunənin götürülməsi, hazırlanması və analizinə qoyulan tələbləri müəyyən edir. Standart qaz və bərk hissəciklər halında olan PAK nümunələrinin götürülməsi və onların ümumi miqdarının təyini üçün tətbiq edilir. AZS 619-2011 ?Cəmdək, yarımcəmdək və dörddəbir cəmdək halında olan qaramal və dana əti? standartı pərakəndə satış, ictimai iaşə şəbəkələri və yeyinti məqsədi ilə sənaye emalı üçün nəzərdə tutulmuş yarımcəmdək və dörddəbir cəmdək halında olan qaramal ətinə və cəmdək və yarımcəmdək halında dana ətinə aid edilir. AZS 620-2011 (???? 30125-94) ?Kimyəvi liflər. Qüsurların termin və tərifləri? standartı vizual müəyyən edilmiş kimyəvi liflərin, jqutun, sapların, kimyəvi sapların sarınma qüsurlarına aid anlayışların termin və təriflərini təyin edir. AZS 622-2011 (???? ? ??? 24497-1-2009) ?Dağıtmayan nəzarət. Metalın maqnit yaddaşı metodu. Hissə 1. Termin və təriflər? standartı metalın maqnit yaddaşı metodundan istifadə etməklə dağıtmayan nəzarət sahəsində prosedurlar üçün terminləri və tərifləri təyin edir. AZS ???? ? ???/??? 65-2011 ?Məhsulların sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələblər?, AZS ???? ? ???/??? 17021-2011 ?Uyğunluğun qiymətləndirilməsi. Audit və idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını keçirən orqanlara tələblər? və AZS ???? ? ??? 14001-2011 ?Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər? standartları komitənin Akkreditasiya şöbəsi tərəfindən Rusiya Federasiyasının müvafiq milli standartları əsasında, AZS ??? 18001-2011 ?Əməyin mühafizəsinin idarəetmə sistemləri. Ümumi tələblər? standartı isə Belarus Respublikasının milli standartı əsasında cild üsulu ilə hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA