Müdafiə Sənayesi Nazirliyi yeni silah-sursat zadodu tikəcək

img

04-01-2012 [11:33]


Müdafiə Sənayesi Nazirliyi (MSN) cari ildə bir sıra böyük layihələr həyata keçirməyi planlaşdırır. Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlər ən vacib layihələrin həyata keçirilməsidir. Layihələr əsasən barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raket və artilleriya mərmilərinin gövdələrinin istehsalı, tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və sairdir. Y.Camalov MSN-in dünyanın inkişaf etmiş ölkələrinin 60-dan çox şirkəti və firması ilə əməkdaşlıq etdiyini də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA