Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb

img

03-01-2012 [02:30]


Bakı-Şamaxı-Yevlax magistral yolu avtomobillərin hərəkəti üçün yararsız hala düşüb. Əraziyə yağan güclü qar yolu tamamilə bağlayıb. Belə ki, rayondan paytaxta gələn avtomobillərin hərəkəti mümkünsüz olub və avtomobillər alternativ yol kimi, Ağsudan qayıdaraq, Qazax-Ələt yolundan istifadə edirlər. Hazırda ərazidə yol istismar İdarəsinin texnikası və əməkdaşları çalışsa da, yolun gediş-gəliş üçün isdtifadəsi mümkünsüz olub. Yolda yalnız hündür və ağır avtomobillər çətinliklə hərəkət edə bilir(ans). Yol polisi də ərazidə yol tənzimlənməsilə məşğul olur və sürücülərə alternativ yoldan istifadə etməyi məsləhət bilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA