Bu gecədən Azərbaycan ərazisində hava zəraiti kəskin dəyizəcək

img

03-01-2012 [12:18]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən buludlu, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək, gündüzə doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, axşama doğru 0 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı, bəzi yerlərdə sulu qar olacağı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək. Tibbi-meteoroloji proqnoz: Yanvarın 3-də Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, yanavrın 4-də meteoroloji amillərin mülayim tərəddüdü əksər insanlarda müsbət amil kimi qiymətləndirilə bilər.#351;siz olsa da, yanavr

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA