2011-ci ildə atəzkəs 774 dəfə pozulub

img

30-12-2011 [01:39]


Ermənistan Silahlı Qüvvələri 2011-ci ildə cəbhə xəttində atəşkəs rejimini 774 dəfə pozub. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 vətəndaşını itirib, 24 nəfər isə yaralanıb. Ölənlərdən 15-i hərbçi, 4 nəfər isə mülki sakindir. Onlardan 2-si uşaqdır. Yaralananlardan isə 19-u hərbçi, 5-i mülki şəxsdir. Atəşkəsin ən çox pozulması faktı sentyabr (119), mart və may aylarında (hər ay 80 dəfə) qeydə alınıb. Rayonlar üzrə isə atəşkəsin pozulması ən çox Füzulidə qeydə alınıb. Bu istiqamətdə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri il ərzində 228 dəfə atəşə məruz qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA