Azərbaycan gəncləri beynəlxalq bankın idarə heyətinə üzv seçildilər

img

28-12-2011 [03:35]


?Dünya Gənclər Bankı Şəbəkəsi? MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və Gənclər Təşkilatları Milli Şurasının büro üzvü , ?Sağlam İnkişaf və Maarifləndirmə? İctimai Birliyinin rəhbəri Anar Xəlilov bu günlərdə bankın İdarə Heyətinin toplantısında iştirak etmək üçün Zagrebə səfər ediblər. Bankın mətbuat xidmətindən mia-ya verilən məlumata görə, görüş DGBŞ-nin Xorvatiya ofisində keçirilib, 2012 ?ci il üçün iş planı təsdiqlənərək İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərdə Vüsalə Hüseynli və Anar Xəlilov hər ikisi Bankın mərkəzi İdarə heyətinə üzv seçilib, eyni zamanda, Anar Xəlilov Dünya Gənclər Bankı Regional ofisinində də maliyyə məsələrəri üzrə idarə heyətinə üzv seçilib. Seçkilərdən sonra Azərbaycan nümayəndələri Bankın prezidenti Tomislav Bogdaniclə görüşüblər. Görüş zamanı regional ofisin 2012 ?ci il üçün iş strategiyası və Bank rəhbərliyinin Azərbaycana o cümlədən, MDB plkələrinə planlaşdırlan səfəri müzakirə olunub. #601; bank

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA