Prezident və xanımı Uzaq Nevroloji Xəstəxanası ilə tanız olublar

img

27-12-2011 [06:27]


Dekabrın 27-də Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olublar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verdi. Bildirildi ki, Uşaq Nevroloji Xəstəxanası SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda 1980-ci ildə istifadəyə verilmişdir. Xəstəxananın açılış mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. Qeyd olundu ki, xəstəxananın altımərtəbəli binasında əsaslı təmir işlərinə bu ilin fevralından başlanmış, yüksək səviyyədə başa çatdırılmışdır. Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlətimizin başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxdılar. Xəstəxananın birinci mərtəbəsində yaradılmış şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, burada poliklinika-diaqnostika, kompyuter-tomoqrafiya, ultrasəs müayinəsi, elektroensefaloqrafiya, elektrokardioqramma və digər şöbələr fəaliyyət göstərir. Dövlətimizin başçısı və xanımı altıncı mərtəbədə müalicə-bərpa şöbəsində yaradılmış şəraitlə tanış oldular. İkinci mərtəbədə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılmışdır. Xəstəxanadakı müasir tələblərə cavab verən bütün avadanlıq İtaliya, Türkiyə, Yaponiya istehsalıdır. Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA