Gənc alimlər üçün ipoteka zərtləri dəyizdirilir

img

26-12-2011 [01:35]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov deyib ki, hazırda ölkədə yalnız yaşı 35-dək olan alimlər gənc alim hesab edilirlər. Buna görə də yalnız bu alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilirlər. Ölkə prezidentinin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə təsdiqlənən Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına əsasən də elmi dərəcəsi, yaşı 35-dək olan və ailəli olan gənc alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilərlər. Sözügedən qaydalara əlavə və dəyişikliklərin edilməsi məqsədilə AMEA tərəfindən hazırlanan yeni təkliflərdə isə bu şərtlər yüngülləşdirilib. Təkliflərdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri, yaşı 40-dək olan, ailəli alimlərlə yanaşı, subay gənc alimlərin də güzəştli ipoteka şərtlərindən yararlanması məsələləri öz əksini tapıb. Orucov bildirib ki, artıq təkliflər müvafiq qurumlarla razılaşdırılıb. Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir. AMEA rəsmisinin sözlərinə görə, bu təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-42 yaşlı alimlər də ipoteka krediti ilə özlərinə ev ala bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA