?Qarabağın izğaldan hərbi yolla azad edilməsi üçün Qələbə Modeli?nin təqdimatı oldu

img

24-12-2011 [05:00]


Bu gün Qarabağ Azadlıq Təşkilatının hazırladığı ?Qarabağın işğaldan hərbi yolla azad edilməsi üçün Qələbə Modeli? adlı sənədin təqdimatı keçirilib. Sənəddə Qarabağ məsələsi ilə bağlı danışıqların heç bir nəticə vermədiyi, beynəlxalq təşkilatların, böyük dövlətlərin, vasitəçilərin məsələyə obyektiv yanaşaraq ədalətli həll variantı təklif etmək istəmədikləri vurğulanır və hərbi yolun labüdlüyü qeyd olunur. Azərbaycan Qələbə Modelini reallaşdırmaq üçün öz gücünə, daxili imkanlarına arxalanmalıdır. Hərbi yolun reallaşdırılmasında əsas maneə kimi Rusiyanın olduğu göstərilir. Rusiya amilinin neytrallaşdırılması üçün isə Türkiyənin önə çıxması təklif olunur. Əgər Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verirsə, Türkiyə də eyni təminatı Azərbaycana verməlidir. Belə olarsa, Azərbaycan Ermənistana hərb meydanında qalib gəlmək üçün çətinlik çəkməyəcəkdir. Sənəd bir ictimai təşəbbüs kimi təklif olunur. Azərbaycan və Türkiyə rəhbərliyinin bu təklifə diqqətlə yanaşacaqlarına ümid edilir. Artıq vaxt itirmək olmaz, ?sülh danışıqları? deyilən aldadıcı proses torpaqlarımızın işğal altında qalmasına, status-kvonun saxlanmasına xidmət edir. Hamı bilməlidir ki, bu gün sülh danışıqlarını müdafiə etmək, hansısa ?xalq diplomatiyası?ndan danışmaq Azərbaycanın milli maraqlarına xəyanət deməkdir. Bütün bunlara son verməli, torpaqlarımızı hərbi yolla azad etmək üzərində düşünməliyik. Cəmiyyət və dövlət bu gün bu düşüncə və hərəktlərlə yaşamalıdır. Tədbirdə QHT nümayəndələri, hərbi ekspertlər, qaçqınlar, məcburi köçkünlər və digərləri iştirak ediblər. Tədbirdə QAT sədri Akif Nağı, Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov, Veteranlar Birliyinin sədr müavini Kamil Şirinov, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi, akademik Cəlal Allahverdiyev, Milli Qəhrəmanları Tanıtma Birliyinin sədri Elşən Uluxanlı, hərbi ekspert İldırım Məmmədov, yazıçı-publisist Vahid Qazi və digərləri çıxış ediblər. Qarabağ Azadlıq Təşkilatı bu yöndə müzakirələri davam etdirmək niyyətindədir. Qəbul olunmuş sənədin tam mətni əlavə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA