Eldar Əzizov Sumqayıtda 50 metrlik tortu kəsdi

img

24-12-2011 [02:01]


Sumqayıt şəhər Kimyaçılar Mədəniyyət Sarayının qarşısındakı meydanda İlham Əliyevin 50 yaşının tamam olması münasibətilə tort təqdim olunub. Tortu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsdi. O, dedi ki, bu, Avropada ən böyük tortdur. 50 metr uzunluğunda olan tortun çəkisi 12 tondur. AzadlıqRadiosu müxbirinin ?Tortdan prezidentin payını göndərdinizmi? sualının cavabında E.Əzizov dedi: ?Yox, bu tort camaat üçün bişirilib?. Tədbir konsert proqramı ilə davam edir. Tort ilə polis arasında kordon çəkilib. Adamlara torlar paylanır. Bundan əvvəl İlham Əliyevin ad günü münasibətilə bu qaydada tort Gəncədə bişirilirdi. Təşəbbüsün müəllifi E.Əzizov həmin vaxt Gəncəyə rəhbərlik edirdi. Ənənəyə uyğun olaraq tortun uzunluğu İlham Əliyevin yaşından asılı olaraq dəyişir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA