Məcburi köçkünlərin ?yardım pulu?, müharibə əlilləri və zəhid ailələrinə verilən prezident təqaüdü artırıldı

img

23-12-2011 [08:59]


Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama görə ?Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında? Azərbaycan Respublikası Prezidentinin 2010-su il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ? 9, maddə 790) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılır. Prezident İlham Əliyev ?Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda ?Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün təsis edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ? 9, maddə 795) 1-ci hissəsi ilə müəyyən edilmiş təqaüdünün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılması nəzərdə tutulur. Prezident həmçinin ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün artırılması haqqında sərəncam imzalayıb. Bu sərəncamda ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilməsi, həmçinin ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün təsis edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ? 12, maddə 1040; 2010-cu il, ? 9, maddə 771) 1-ci hissəsində ?150 (yüz əlli)? sözləri ?165 (yüz altmış beş)? sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA