TQDK dərsliklərdəki səhvləri müzakirələrə çıxarmağa hazırdır

img

23-12-2011 [02:47]


"Dərsliyi hər ailədə kimsə oxuyursa, bu problemlə hər ailə tanış olar. İki qurum arasında işgüzar münasibətlərə gəldikdə, biz dərsliklərlə bağlı iradlarımızı bir neçə dəfə bildirmişik", - TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələlər müzakirə ediləndə ona diqqət yetirilmir. "Amma həmin məsələ mənim dilimdən səslənəndə ona siyasi don geyindirirlər və qısqanclıqla yanaşırlar. Mən bu fikirləri mütəxəssislərə istinadən deyirəm və cıxış yolunu da göstərirəm. Çıxış yolu bizim dərc etdiyimiz vəsaitlərdir", - TQDK sədri bildirib. Abbaszadə əvvəllər də orta məktəb dərsliklərində problemlərin olduğunu bildirsə də, təhsil naziri Misir Mərdanov bunu təkzib etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA