Ölkə ərazisində sabahdan hava pisləzəcək

img

23-12-2011 [02:43]


Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, gecəyə doğru az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, səhər saatlarında duman və çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir. Dekabrın 24-də axşam və dekabrın 25-də ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA