Səbaildən ?Nəsillər arası münasibətlərin cəmiyyətin formalazmasında rolu? layihəsi

img

20-12-2011 [06:35]


Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail rayon İcra Hakimiyyəti ilə birgə ?Nəsillər arası münasibətlərin cəmiyyətin formalaşmasında rolu? mövzusunda tədbir keçirilib. MİA-nın məlumatına görə, tədbirin rəsmi hissəsində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mövzu ilə bağlı Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verib: ?Azərbaycan xalqı dərin tarixi köklərə, milli-mənəvi dəyərlərə malikdir. İstər qədim zamanlarda, istərsə də indiki dövrdə Azərbaycana gələn insanlar həmişə xalqımızın qonaqpərvərliyini, başqa xalqların nümayəndələrinə olan hörmət və isti münasibətləri, ölkədə mövcud dini tolerantlığı, yaşlı nəslin nümayəndələrinə olan hörmət və ehtiramı xüsusi vurğulayıb, bu kimi ənənələrin digər xalqlar üçün də nümunə olduğunu bildiriblər. Ahıl və yaşlı nəslin nümayəndələri Azərbaycan dövləti tərəfindən həmişə diqqət mərkəzində olublar. Yaşlı nəslin nümayəndələrinə Səbail rayonunda həmişə hörmət göstərilir, rayonda mühüm sosial yönümlü layihə və işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin məsləhət və təklifləri nəzərə alınır?. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətinin qorunub saxlanılmasını, ahıllarla sıx ünsiyyətin yaradılmasını, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formalaşdırılmasının təbliği ilə bağlı işlər Komitənin önəm verdiyi əsas məsələlərdən biridir. Tədbirdə iştirak edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ölkədə sosial sahədə görülən işlər, ahıl və gənc vətəndaşlarla bağlı həyata keçirilən layihələrdən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA