Qənirə Pazayeva ?Onun sevgi məktubları? romanının imza günü keçirib

img

20-12-2011 [03:22]


Yevlax şəhərində millət vəkili Qənirə Paşayevanın ?Onun sevgi məktubları? romanının imza günü keçirilib. Kitaba böyük maraq göstərən Yevlax rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər. Qənirə Paşayeva Yevlax sakinlərinə kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib və bildirib ki, imzalanma mərasiminə bu qədər insanın toplaşacağını özü də gözləmirmiş. Yevlax sakinlərini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva onlara və ümumiyyətlə hər bir azərbaycanlıya can sağlığı, uğur, xoşbəxtlik, millətimiz və dövlətimiz yolunda uğurlu fəaliyyət arzulayıb. ?Hər bir azərbaycanlının ən böyük arzusu odur ki, gələn il bayramlarımızı işğaldan azad edəcəyimiz Qarabağımızda keçirək. Mən sizə də, özümə də gələn il bu arzumuza çatmağı Allahdan diləyirəm.? Tədbirdə ötən ayın satış lideri olan ?Onun sevgi məktubları? romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb. Millət vəkili bildirib ki, ?Onun sevgi məktubları?nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Kitabın ötən ayın satış lideri olmasından məmnun olduğunu deyən Qənirə Paşayeva göstərdikləri diqqətə görə bütün oxuculara təşəkkürünü bildirib. Qeyd edək ki, ?Onun sevgi məktubları? Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA