icra bazçısından Əli Həsənova zikayət edən məcburi köçkünə 15 sutka həbs...

img

20-12-2011 [01:08]


Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə içməli su təchizatının yaxşılaşdırılması layihəsi başa çatıb. ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tədbirdə iştirak ediblər. Ancaq tədbir zamanı maraqlı və orijinal hadisə baş verib. MİA-nın məlumatına görə, Cəbrayılın icra başçısı Mahmud Quliyev baş nazırin müavinin də iştirak etdiyi bu tədbirdə görünməmiş addım atıb. İcra başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova şikayət edən yaşlı məcburi köçkünlə bağlı sərt qərar verib. O şikayətçinin həmin ərazidə olan problemləri Ə.Həsənova çatdırmasından qəzəblənin. Mahmud Quliyevi hiddətlənməsi isə yaşlı Cəbrayıl sakininə baha başa gəlib. Tədbir başa çatan kimi icra başçısı rayonun polis rəisini hamının gözü qarşısında yanına çağırıb və ona tapşırıb ki, həmin şikayətçini tapıb ona 15 sutka iş versin. Polis rəisi də dərhal bu tapşırığı yerinə yetirib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, başçının bu orijinal qərarından onun ağsaqqal həmkənliləri döndəriblər. Onların xahişlərindən sonra yaşlı şıkayətçi həbs olunmaqdan qurtulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA