Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pezə standartının siyahısını hazırlayır

img

19-12-2011 [03:33]


Dekabrın 16-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi ?Sosial Müdafiənin İnkişafı Layihəsi?nin ?ISCO88/08 standartlarına uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması? alt-komponenti çərçivəsində emal və enerji sektorları üzrə sahə komissiyalarının iclası keçirilib. Nazirliyin, aidiyyatı hökumət və qeyri-hökumət strukturlarının nümayəndələrinin, adıgedən layihənin ekspertlərinin, emal və enerji sahəsində aparıcı müəssisələrin təmsilçilərinin iştirak etdiyi iclasda emal sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında məlumat verilib. Aparılan müzakirələrin nəticəsi olaraq, növbəti mərhələdə emal sektoru üzrə hazırlanması nəzərdə tutulmuş 26 nümunəvi peşə standartının siyahısı ilə əlaqədar ilkin razılıq əldə edilib. Bu siyahı, habelə emal sektoru üzrə hazırlanmış və yerli şəraitə uyğunlaşdırılmış 14, enerji sektoru üzrə 3 nümunəvi peşə standartının layihə variantı rəy və təkliflərin verilməsi üçün Komissiya üzvlərinə təqdim edilib. Qeyd edək ki, peşə standartlarının hazırlanması ?Sosial Müdafiənin İnkişafı Layihəsi? çərçivəsində Almaniyanın ?GOPA Consultants? beynəlxalq məsləhətçi şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA