?AzTelekom? istehsalat Birliyi təhsil müəssisələri ilə əməkdazlığa əhəmiyyət verir

img

17-12-2011 [04:00]


kom? İstehsalat Birliyinin baş direktoru Məhəmməd Əsgər oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə ?Əməkdar Mühəndis? fəxri adı ilə təltif olunub. Bu münasibətlə Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniçin rəhbərliyi ilə bir qrup heyət ?AzTelekom? İstehsalat Birliyini ziyarət edərək Məhəmməd Əsgər oğlu Məmmədovu təbrik etdilər. Görüş səmimi münasibətlərlə yanaşı, işgüzarlığı ilə də yadda qalmışdır. Belə ki, Qafqaz Universiteti və AzTelekom İB-yi arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əvvəllər atılan addımlar dəyərləndirilmişdir. Görüşdə ?AzTelekom? İB-yinin yeni rabitə texnologiyaları və imkanları haqqında məlumat verilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Qeyd edək ki, AzTelekom İB-yinin baş direktoru Məhəmməd Məmmədov Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmiş və təbrik üçün öz minnetdarlığını bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA