Milli Məclis gələn həftə toplanacaq

img

16-12-2011 [05:09]


Milli Məclisin növbəti plenar iclası dekabrın 23-də baş tutacaq. Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Dputatlar öncə Sosial siyasət komitəsində müzakirəsi yekunlaşan ?Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında? qanun layihəsini gündəliyə çıxaracaqlar. Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə tövsiyyə etdiyi Şəhərsalma və Tikinti Məcəlləsini müzakirə edəcəklər. Müzakirəyə çıxaracağı 3-cü sənəd ?Hərbi vəzifə və hərbi xidmət haqqında? qanun layihəsi olacaq. Ötən iclasda çəkişmələrə səbəb olan və birinici oxunuşdan keçən bu qanuna deputatlar yenidən münasibət bildirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA