Kəmaləddin Heydərov: "Bu il 910 obyektdə tikinti izləri müvəqqəti dayandırılıb"

img

16-12-2011 [01:50]


?Bu il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib?. Bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 6-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov deyib. ?Bu il 3300-dək obyektə nəzarət edilib və onlardan 1200-də qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib?, - Heydərov bildirib. Onun sözlərinə görə, tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsi, tikinti obyektlərində təhlükəsizlik norma və qaydalarına əməl olunması, ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Nəticədə obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA