Lənkəranda polis-vətəndaz toqquzması

img

16-12-2011 [12:06]


Dekabrın 15-də saat 17.30 radələrində Lənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bu barədə DİN və Respublika Prokurorluğu birgə məlumat yayıb. Məlumata görə, hadisədən xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər. "Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışmış, asayişi pozmamağa dəvət etmişlər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərmiş, müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilmişdir. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılmış, 6-sı saxlanılmışdır"-deyə rəsmi məlumatda bildirilir. Fakt üzrə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA