insan Alverinə Qarzı Mübarizə idarəsinə vakant yerlərə imtahan keçirilib

img

15-12-2011 [02:40]


san Alverinə Qarşı Mübarizə İdarəsi müsabiqə yolu ilə vakant yerlərə polislərin işə qəbulu ilə bağlı imtahan keçirib. Müsabiqədə Bakıdan və regionlardan bütün rütbələrdən olan polis əməkdaşları iştirak edirdi. İmtahan çevik polis alayının binasında baş tutdu. Qəbul test üsulu ilə aparılıb. Müsabiqənin şəffaf keçirilməsində nəzarətin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş kadr idarəsinin rəis müavini,polis polkovniki Ənvər Məmmədov, Daxili İşlər Nazirliyi, təhsil,təlim və ixtisas artırma şöbəsinin rəisi, polis polkovniki Əziz İsaxanov, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov, İnsan alveri qurbanları ilə işin təşkili şöbəsinin xüsusi ilə,mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki leytenant Araz Babayev iştirak edib. Qeyd edək ki, beş vakant yerə 48 elektron test imtahanı qəbul edilmişdir. Eyni zamanda İnsan Alverinə Qarşı QHT koalisiyasının üzvləri olan vətəndaş cəmiyyəti nümayəndələri ?XXI Əsrin Qadınları? İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, ?Hüquq Dünyası? Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev, ?Ailə Dünyası? İctimai Birliyinin sədri Gülayə Səfərova imtahanın beynəlxalq standartlara cavab verməsinin, şəffaflığın qorunmasının izlənilməsi üçün müsabiqədə sona qədər nəzarətçi qismində iştirak etmişdir. İştirakçı təşkilat nümayəndələrinin sözlərinə görə, elektron test imtahanı tam şəffaf, heç bir müdaxilə olmadan, beynəlxalq standartlara uyğun keçirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA