Nazirlik Azərbaycan ərazisində qanunsuz ov hallarına qarzı mübarizəni davam etdirir

img

15-12-2011 [11:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə növbəti reydlər keçirilib. MIA-nın ETSN-in saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin noyabr ayı ərzində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan şəxslərdən ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb və qanuna müvafiq tədbirlər görülüb. Belə ki, qanunsuz ovla məşğul olan İlham Hüseynov Sumqayıt inzibati rayonu, Ərəstun Usubov İmişli rayonu, Eynulla Əsədov, Elxan Hüseynov, Elgün Salmanov, Ceynur Əhmədov Neftçala rayonu ərazisində saxlanılıb və onlardan 6 ədəd ov tüfəngi və 26 ədəd çöl quşları götürülüb. Həmin şəxslər barəsində qanuna müvafiq protokollar tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş çöl quşları Nazirliyin əməkdaşları tərəfindən yandırılıb. Sumqayıt şəhəri və Lənkəran rayonları ərazilərində keçirilən reydlər zamanı qanunsuz ov edən 2 nəfər saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi götürülüb. Faktlarla bağlı akt tərtib olunub və qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət edilib. Keçirilən reydlər zamanı Quba rayonu ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 baş dağ keçisi, Zaqatala rayonu ərazisində isə 7 nəfərdən ibarət qrup saxlanılaraq, onlardan 7 ədəd ov tüfəngi və 1 baş cüyür götürülüb. Hər iki fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA