Ombudsman siyahısını Prezidentə təqdim edib

img

13-12-2011 [12:53]


Ombudsman Elmira Süleymanova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə özünün məqbul bildiyi əfv siyahısını Prezident İlham Əliyevə təqdim edib. Jurnalistlərə açıqlamasında E.Süleymanova deyib ki, onun siyahısında 80-dək məhkumun adı var. Ombudsmanın sözlərinə görə, əfv fərmanı imzalanan zaman ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlərin azadlığa buraxılmasını istəyib. Dekabrın sonunda Prezident İlham Əliyevin növbəti əfv fərmanı və ya sərəncamı verəcəyi gözlənilir. Bu baş versə, onda 50-ci əfv olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA