Tahir Abbaslı: ?Türkiyənin iranın bütün hərbi qərargahlarını, bazalarını yerlə bir edəcək imkanı var?

img

12-12-2011 [03:50]


?İrana hərbi müdaxilə olarsa bu ölkə NATO-nun bu ölkə ərazisində yerləşdirəcəyə hərbi bazaları vura bilər?. AİDP sədri Tahir Abbaslı bu sözləri İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn İbrahiminin ?Türkiyənin Malatya şəhərində quraşdırılacaq RƏM-in vurulması İranın təbii haqqıdır. Bu sistem əslində sionist rejimi qorumaq məqsədi daşıyır. NATO adı altında İsrail üçün quraşdırılır. Türkiyə problemlə üzləşməmək üçün torpaqlarında belə bir sistemin quraşdırılmasına icazə verməməliydi. Biz İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının yığıncağında Türkiyə ilə əlaqələri yaxından araşdırırıq. İran NATO-nun raketdən müdafiə sisteminin Türkiyədə quraşdırılması gündəmə gəldiyi gündən etibarən bu işin pis nəticələri haqda Ankaraya xəbərdarlıq edib? fikrinə münasibət bildirərkən deyib. Onun fikrincə İran ABŞı vura biləcək gücdə olmadığından bu ölkənin regiondakı hərbi bazalarını vurmaq məcburiyyətində qala bilər: ?Məsələ burasındadır ki, müttəfiqlər Türkiyədəki qərargahlardan İranın bütün hərəkətlərini kontrolda saxlamaq imkanlarına malik olacaq?. Bununla belə AİDP sədri hesab edir ki, İran Türkiyəni vursa işi çətin olacaq: ?NATO-nun nizamnaməsinin 5-ci maddəsində deyilir ki, bir NATO üzvü başqa ölkə ilə savaşsa, digər üzvlər də ona dəstək verməlidir. Yəni İranın Türkiyəni vurması bir başa NATO-ya qarşı savaşması deməkdir. Bundan başqa NATO ölkələri olmasa da Türkiyə Hərbi Hava Qüvvələrinin ən qısa zamanda İranın bütün hərbi qərargahlarını, bazalarını yerlə bir edəcək imkanı var. İranın sadəcə nüvə mərkəzləri deyil, petrol yataqları, hərbi qərargahları yerlə bir edilər. Cəmi bir həftənin içində Tehranda 5 milyon nəqliyyat vasitəsi hərəkətsiz qalar?. Bu mənada partiya sədri hesab edir ki, İranın bu təhdidləri siyasi məzmunludur: ?Iran bu yolla bu ölkədə dəyişiklik etmək istəyən qüvvələri qorxutmaq istəyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA