?Əzizbəyov? ?Koroğlu? oldu

img

10-12-2011 [09:33]


Noyabrın 1-dən bağlanan Bakı Metropoliteninin ?Məşədi Əzizbəyov? stansiyasında yenidənqurma işləri intensiv sürətlə sona çatdırılmaq üzrədir və bu ayın sonunda açılış olacaq. Bakı Metropolitenindən verilən məlumata görə. təmirdən sonra dekabrın axırında təkrar istismara veriləcək "Məşədi Əzizbəyov" stansiyasının adı da artıq dəyişdirilib. Bakı Metropolitenindən Modern.az-a bildirilib ki, açılışdan sonra stansiya ?Koroğlu? adlanacaq. Satansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib. "Koroğlu" stansiyası "İçərişəhər"dən sonra Bakı Metropoliteninin şüşə konstruksiyalı ikinci stansıyası olacaq. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib, stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA