Səbail rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuz tədbir keçirib

img

09-12-2011 [04:04]


Bu gün Səbail rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səbail rayonunun rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, Milli Məclisin üzvləri, komitə sədrləri iştirak edib. Tədbirin əvvəlində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra H. Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Səbail RİH başçısı Asif Əsgərov çıxış edərək Heydər Əliyevin müasir Azərbaycanın tarixində oynadığı roldan danışıb. Tədbirdə müxtəlif incəsənət xadimləri çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA