Nazirlər Kabineti bayram günlərilə bağlı qərar verib

img

08-12-2011 [02:18]


Nazirlər Kabineti ?2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında? qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, ?Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə? 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında? Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Qərar imzalandığı gündən qüvvəyə minib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA