Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb

img

08-12-2011 [12:36]


Ermənilər Azərbaycan Ordusunun daha bir əsgərini yaralayıblar. Verilən məlumata görə, hadisə cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində, Milli Ordunun əsgəri, 18 yaşlı Vahid Mobil oğlu Hüseynli güllə yarası alıb. Məlumatda o da bildirilir ki, əsgər V.Hüseynli hospitala yerləşdirilib. O, bu ilin iyul ayında Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb(ans). Xatırladaq ki, bu ay ərzində ermənilərin atəşkəsi pozması nəticəsində bu ikinci əsgərdir ki, yaralanıb. Belə ki, dekabrın 3-də cəbhənin Xocavənd rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri Rəşad Oqtay oğlu Məmmədov çiynindən yaralanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA