Nazirlik meteohəssas insanlara xəbərdarlıq edib

img

08-12-2011 [11:53]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 8-dən 9-u axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi, 9-u axşam və 10-da isə atmosfer təzyiqinin kəskin yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 11-də meteoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün müsbət amildir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəvz olunacaq. Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA