Türkiyənin Sosial Güvənlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

img

08-12-2011 [11:37]


Türkiyə Respublikasının Sosial Güvənlik Qurumunun (SGK) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dekabrın 10-na kimi davam edəcək səfərdə əsas məqsəd Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə SGK arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, iki ölkə arasında sosial müdafiə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsidir. Səfər zamanı DSMF-də keçiriləcək görüşlərdə ?Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında? Sazişin bəzi müddəaları da müzakirə olunacaq. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan Saziş 1998-cı ildə imzalanıb. Sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. Ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemində baş verən dəyişikliklər və əldə olunan müsbət nəaliyyətlər Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələrin aparılmasını zəruri edib. Türkiyənin nümayəndə heyəti səfər çərçivəsində DSMF-də yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla yaxından tanış olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA