Nəqliyyat Nazirliyində seminar keçiriləcək

img

08-12-2011 [11:05]


Dekabrın 9-da Azərbaycan Nəqliyyat Nazirliyində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Beynəlxalq Nəqliyyat Forumunun (İTF) birgə təşkilatçılığı ilə Nəqliyyat Statistikası üzrə SPEKA iştirakçı ölkələri, o cümlədən digər MDB dövlətləri üçün seminar keçiriləcək. Nazirlikdən verilən məlumata görə, seminarın əsas məqsədi iştirakçıları WebCoq (Web Common Questionnaire) statistik məlumat bazası ilə tanış etmək və bunun tətbiqinə dair müzakirələr aparılmasından ibarətdir. Seminarda UNECE Nəqliyyat Bölməsinin Katibliyi, Beynəlxalq Nəqliyyat Forumu və EUROSTAT nümayəndələri də iştirak edəcəklər. Tədbirdə həmçinin, Dövlət Statistika Komitəsi, Dövlət Dəniz Administrasiyası və digər dövlət qurumlarının nümayəndələri də təmsil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA