?çocuklar Duymasın? Qafqaz Universitetinə gəlib

img

08-12-2011 [10:43]


Türkiyənin ATV kanalında yayımlanan məşhur ?Çocuklar Duymasın? serialının ssenaristi və rejissoru Birol Güven və komediya ustası, teatr sənətçisi Hamdi Alkan Qafqaz Universitetinin tələbələri ilə görüşüblər. Universitetdən MIA-ya verilən məlumata görə, səmimi şəraitdə keçən görüş hamıda xoş əhval yaradıb. Birol Güven çəkdiyi filmlərin ərsəyə gəlməsi ilə bağlı ünvanlanan sualları yumoristik tərzdə cavablandırıb. İxtisasça mühəndis olan teatr sənətçisi Hamdi Alkanın teatr fəaliyyəti ilə bağlı söhbətləri və tanınmış şəxsləri parodiya etmə qabiliyyəti hamını heyran qoyub. Azərbaycan təbiəti və qonaqpərvərliyindən məmnunluqla danışan sənət adamları alqış sədaları altında, yaradıcı görüşlərin davamlı olması arzusuyla tələbələrdən ayrılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA