FHN 8 nəfərin yanaraq öldüyü dəhzətli yol qəzası haqqında məlumat yayıb

img

05-12-2011 [03:54]


Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Bakı-Quba yolunun 40-cı kilometrliyində BMW markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub, nəticədə yanğın olub. Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri, yük avtomobilinin kabinə hissəsi yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı BMW markalı avtomobilin sürücüsü - 1978-ci il təvəllüdlü, Əli Zakir oğlu Hacıyev, sərnişinləri - 1988-ci il təvəllüdlü Vüsal Eyvaz oğlu Səlimov, 1978-ci il təvəllüdlü Ramin Nadir oğlu Babayevin və şəxsiyyəti məlum olmayan 3 nəfərin, habelə "Mercedes" markalı avtomobilin sürücüsü - 1978-ci il təvəllüdlü Füzuli Müslüm oğlu, sərnişini - 1993-cü il təvəllüdlü Nicat Dəmir oğlu Baxşıyevin cəsədləri aşkar olunub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış və yanmış nəqliyyat vasitələrindən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil verib, hadisə nəticəsində yaralanmış 1 sərnişinə zəruri köməklik göstərilib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.[center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA