QMi qanvermə aksiyası keçiriləcək ünvanları açıqladı

img

05-12-2011 [01:01]


Məhərrəm ayı - Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub. Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır: Təzəpir məscidi Hacı Soltanəli məscidi Bibiheybət məscidi İçərişəhər "Cümə" məscidi Qaraçuxur məscidi Mir Mövsüm Ağa məscidi Keşlə qəsəbə məscidi Sumqayıt "Cümə" məscidi Gəncə - "İmamzadə" məscidi Mingəçevir - "Heydər" məscidi Şəki şəhər məscidi Lənkəran şəhər "Böyük bazar" məscidi Bərdə - "Cümə" məscidi QMİ Məhərrəm ayı münasibəti ilə dərin hüznlə başsağlığı verir, müsəlmanlara Allah -Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimlərini məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilmək tövsiyə edilir. "Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir", -deyə QMİ bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA